Müxalifətçi erməni deputat Türkiyədən mal idxalına qadağadan danışdı

Müxalifətçi erməni deputat Türkiyədən mal idxalına qadağadan danışdı
  • DÜNYA

Türkiyə mallarının Ermənistana idxalına qoyulan qadağa yerli istehsalın dəstəyi olmadan səmərəsizdir. 

Qaynarinfo Sputnik.am-a istinadla xəbər verir ki, bu barədə bazar ertəsi keçirilən brifinqdə Ermənistan parlamentinin "Hayastan” fraksiyasından deputatı Artsvik Minasyan bildirib.

Deputat qeyd edib kimi, bir neçə il əvvəl onun o vaxt rəhbərlik etdiyi İqtisadiyyat Nazirliyi Türkiyə mallarının idxalını məhdudlaşdırmaq təşəbbüsü ilə çıxış edib. Amma bununla yanaşı, yerli istehsalçılara da dəstək vermək lazım idi ki, onlar türk məhsullarını əvəz edə bilsinlər.

"Mövcud hökumətin tətbiq etdiyi formal qadağa məqsədə çatmaq üçün yetərli deyil. Paketə əlavələr edilsə, faydalı ola bilər. Amma gördüyümüz kimi, indiki Ermənistan hakimiyyəti "heç bir işi başa çatdırmamaq" prinsipi ilə hərəkət edir", - Minasyan deyib.

Müxalifətçi deputatın nöqteyi-nəzərindən hakimiyyətin açıqlamaları situativ xarakteri daşıyır.

2021-ci il yanvarın 1-dən qüvvəyə minən 6 aylıq embarqonun müddəti bu yay uzadılıb. Onun müddəti 31 dekabr 2021-ci ildə başa çatır. Ermənistan hakimiyyəti Avrasiya İqtisadi Birliyinin tələblərini yerinə yetirmək üçün belə qısa müddətə qadağa qoyur.
Xəbər 581 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR