"Müstəqillik Günü"ndə "Neptun"dan əsgərlərimizə dəstək



 

27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini intensiv atəşə tutub. Azərbaycan Respublikası silahlı qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir. Artıq ciddi uğurlarımız var, bir sıra ərazilərimiz işğaldan azad edilib, düşmən böyük itkilər verib. 18 Oktyabr 'Müstəqillik Günü'ndə isə ordumuz şanlı bayrağımızı Xüdafərin körpüsünə sancdı.

Belə bir gözəl gündə "Neptun Supermarketlər Şəbəkəsi”nin atdığı daha bir nümunəvi addım, xüsusən də, əsgərlərimiz üçün böyük ruh yüksəkliyi verir.
18 Oktyabr "Müstəqillik Günü" ilə əlaqədar olaraq, "Neptun Supermarketlər Şəbəkəsi”i kollektiv şəkildə 'N' Saylı hərbi hissəyə gedərək əsgərlərimizə dəstək olublar. Yüzlərlə əsgərin ilkin ehtiyaclarını qarşılayan şirkət əməkdaşları, bundan qürur duyduqlarını deyiblər.

Məlumat üçün qeyd edək ki, 29 sentyabr 2020 tarixində "Neptun Supermarketlər Şəbəkəsi” Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 30000 AZN (Otuz min manat) məbləğində ianə köçürmüşdü.

Tanrı Azərbaycan xalqını və ordusunu qorusun!

Qarabağ Azərbaycandır!

Xəbər 215 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR