Ömürlük həbs cəzası almış şəxs apellyasiya şikayəti verib

Ömürlük həbs cəzası almış şəxs apellyasiya şikayəti verib

Bakı Apellyasiya Məhkəməsində qayınanası və arvadını qətlə yetirməkdə təqsirləndirilən Ramin İsmayılovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası apreln 2-nə təyin edilib.
Qeyd edək ki, dəhşətli qətl hadisəsi Bakının Xətai rayonunda baş verib. R.İsmayılov bir müddət əvvəl ayrıldığı həyat yoldaşı Günay İsgəndərovanı və qadının anası Ətir Şirinovanı qətlə yetirib. Hadisədən sonra qaçan R.İsgəndərov Ağdama - öz ata-anasının yanına gedib, polisə də orada təslim olub.
Məlumata görə, G.İsgəndərova orta məktəbdə müəllim işləyib. Gənc ailənin bu evlilikdən 8 yaşlı bir oğlu da var.
G.İsgəndərova və ailəsi Laçın rayonundan, hadisəni törədən R.İsmayılov isə Ağdam rayonundan məcburi köçkün düşüb.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Xəbər 293 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR