"Müqəddəs yerləri ziyarət etməyi təxirə salın" - İran hökumətindən çağırış

  • DÜNYA

İranın Səhiyyə Nazirliyi möminləri Qum və Ərəkdəki müqəddəs yerləri ziyarət etməyi təxirə salmağa çağırıb.

"Report” İran KİV-nə istinadən xəbər verir ki, bu qərar ötən gün koronavirusa yoluxma ilə bağlı təsdiqlənmiş üç halla bağlıdır. 
Belə ki, yoluxanların hər 3-ü İran vətəndaşıdır və xəstəxanalarda müalicə olunur.
Bununla yanaşı, Qum şəhərində tələbə və turist düşərgələri, konfrans, seminar və digər tədbirləri keçirməyi də təxirə salmaq tövsiyə olunur.
Xəbər 386 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR