Müharibə ehtimalı atır: Ukrayna Donbasla bağlı danışıqlardan imtina etdi

Müharibə ehtimalı atır: Ukrayna Donbasla bağlı danışıqlardan imtina etdi

Ukrayna nümayəndə heyəti bu görüşlər əyani formada yenidən davam edərsə, Minsk Üçtərəfli Əlaqə Qrupunun Donbasla bağlı danışıqlarına getməyəcək. 

Aktual.az xəbər verir ki, bunu Ukraynanın Müvəqqəti İşğal Edilmiş Ərazilər naziri Oleksiy Reznikov açıqlayıb.

O, ICTV kanalının efirində danışıqlar aparmaq üçün artıq "başqa bir ölkə, başqa bir şəhər axtarmaq lazım gəldiyini qeyd edib. Reznikov bunu hazırda Minskdə etiraz aksiyalarının keçirilməsiylə izah edib. Bundan əlavə, o, Belarusun Rusiyanın təsiri altında olduğunu, buna görə də Kiyevin bu əraziyə inamı olmadığını bildirib.

Bundan əvvəl Ukrayna Donbasla bağlı danışıqlarda ultimatum irəli sürüb. Üçtərəfli Əlaqə Qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəri, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından (ATƏT) danışıqların moderatoru Heydi Qrauya qondarma "Donetsk Xalq Respublikası”nın (DXR) nümayəndəsi Maya Piroqovanın qrupdan çıxarılması tələbi ilə müraciət edib. Piroqovaya qarşı bu münasibətin səbəbi izah edilməyib.

Bu arada "DXR Xarici İşlər Nazirliyi”nin rəhbəri Natalya Nikonorova Donbasda aktiv döyüş əməliyyatlarının yenidən başlama ehtimalının olduqca yüksək olduğunu bildirib. Onun sözlərinə görə, yeni müharibə ehtimalı 2020-ci ildəkindən daha yüksəkdir. 
 
Arif BALAYEV/aktual.az
Xəbər 595 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR