Müharibə bölgələrində əziyyət çəkən azərbaycanlı uşaqlar Vətənə gətirilib

Müharibə bölgələrində əziyyət çəkən azərbaycanlı uşaqlar Vətənə gətirilib

"Azərbaycanda bəzi ailələr övladlarına təhsil vermək əvəzinə, şirnikləndirici vədlərə aldanaraq uşaqları ilə birlikdə müharibə bölgələrinə üz tuturlar”.

"Report” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.
Onun sözlərinə görə, müharibə bölgələrində əziyyət çəkən bir neçə azərbaycanlı uşaq Vətənə gətirilib: "Həmin uşaqların şəxsiyyət və normal vətəndaş kimi formalaşması çox böyük sual altındadır. Çünki 3-4 yaşındakı uşaqlar şahidi olduqları hadisələri elə danışırlar ki, üzlərində nəinki hansısa ifadə, heç təəssüf, qorxu hissi də olmur. Artıq onların hissləri daşlaşıb. Bu baxımdan, onların cəmiyyətə hansı formada buraxılmasını təsəvvür etmək belə qəlizləşir”.


Xəbər 64 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR