"Müğənnilər toylarda dilənirlər" - Vasif Məhərrəmli


"Müğənnilər var ki, toylarda dilənirlər. Heç kim deyə bilməz ki, Vasif toyda stollardan pul alıb".

Aktual.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Vasif Məhərrəmli "5/5" verilişində deyib. O, aparıcı Zaur Kamalın toyda çox yığması ilə bağlı suallarına sərt cavab verib:
"Yeganə müğənniyəm ki, hər zaman kostyumlarımın cibi bağlı olub. Gözütox insanam. Ruzimi verən Allahdır. Sənətim, ailəm, atam, anam var. Allah mənə bu sənəti verib. Beşindən pis, 15-dən yaxşı oxuyuram. 

İşləyirəm, toylara gedirəm və qazanıram. Küçədə 40-42 dərəcə isti var, amma iş başındayıq. Şabaş vermək artıq yoxdur. Bu yaxınlarda yahudi birinin toyunda oldum. Orada yığışıb qənaətə gəliblər ki, yığışdırılsın pul atılmasını".
 

Aktual.az 

Xəbər 675 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR