Müəllim tələbələri TƏHQİR ETDİ, universitetdə ara qarışdı

Müəllim tələbələri TƏHQİR ETDİ, universitetdə ara qarışdı

Azərbaycan Dillər Universitetində müəllim tələbələri təhqir edib.

Universitet tələbələri Publika.az-a bildirib ki, ikinci kurs rus bölməsində müəllimlərdən biri tələbələrə "kəndçisiniz”, çuşkasınız” deyib.
Tələbələrdən yalnız biri buna etiraz edib. Bu barədə rektor vəzifəsini icra edən Əfqan Abdullayevə rəsmi məktub yazıb. Tələbənin müraciəti ilə tanış ola rektor müəllimə töhmət verib, müvəqqəti olaraq onu tədrisdən uzaqlaşdırıb.
Məsələ ilə bağlı Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev məlumatı nə inkar, nə də təsdiq etdi. Onda belə bir hadisə barədə dəqiq məlumatının olmadığını dedi.
"Lakin tələbənin haqqını tapdalayan, daxili nizam-intizam qaydasını pozan hər kəsə qarşı qanunvericiliyin tələbinə uyğun tədbir görülür”, - deyə bildirdi.
 
Aktual.az
Xəbər 779 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR