Müdafiə naziri Minsk qrupunun həmsədrləri ilə görüşüb

Müdafiə naziri Minsk qrupunun həmsədrləri ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 17-də Azərbaycanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, görüşdə qoşunların təmas xəttində, Ermənistan-Azərbaycan dövlət sərhədi, xüsusilə cəbhənin Qazax istiqamətindəki son vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.
Xəbər 300 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR