Müalicə üçün Azərbaycana gələn turistlərin sayı artacaq

Müalicə üçün Azərbaycana gələn turistlərin sayı artacaq

Tibbi müalicə məqsədilə Azərbaycana səfər edən turistlərin sayı 2019-cu ildə 18 faiz artacaq.

Aktual.az  xəbər verir ki, bunu Trend-ə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev deyib.
Onun sözlərinə görə, 2018-ci ilin yanvar-noyabr aylarında tibbi müalicə məqsədilə Azərbaycana səfər etmiş turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz artıb.
R.Quliyev bildirib: "Bu gün üçün təkcə Naftalan müalicəvi tibb mərkəzini 70-dən çox ölkədən 45 mindən artıq turist ziyarət edib. İlin sonuna qədər bu göstəricinin daha da artacağı gözlənilir".
Assosiasiya sədrinin sözlərinə görə, bura gələnlər arasında Rusiya, Qazaxıstan və Özbəkistandan olan turistlər çoxluq təşkil edir.
R.Quliyev əlavə edib ki, Azərbaycanda turizmin bütün növlərinin inkişaf etdirilməsi üçün şərait var:
"Sağlamlıq turizmi digər növlərdən onunla fəqlənir ki, mövsümi olmur, bu, hər zaman aktualdır".
O, həmçinin əlavə edib ki, Azərbaycanda sağlamlıq turizminin xəritəsinin hazırlanması vacibdir ki, gələcəkdə turizmin bu istiqamətinin inkişafına təsir göstərə bilər.
 
Aktual.az
Xəbər 66 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR