MTN generallarının işində zərərçəkən şəxs özünü qismən təqsirli bilir

MTN generallarının işində zərərçəkən şəxs özünü qismən təqsirli bilir

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbs edilmiş vəzifəli şəxslərinin əməllərindən zərərçəkmiş kimi tanınan, külli miqdarda mənimsəmədə təqsirləndirilən Əşrəf Kabulovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, Ə. Kabulov şəhər sakinləri Esmira Əliyeva, Emil Bədəlov və digərləri ilə əlbir olaraq Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi layihələrə saxta sənədlər hazırlayıblar. Belə ki, vəzifəli şəxslərin adından sənədlər imzalayaraq müxtəlif layihələrin icra olunduğunu göstərərək ayrılan vəsaiti mənimsəyiblər.
Həmin sənədlər əsasında Emil Bədəlovun müxtəlif banklarda olan hesablarına pullar köçürülüb.
Ümumi zərər 420 min manatdır, Kənd Təsərrüfatı Nazirliyi mülki iddiaçıdır.
Ə. Kabulov özünü ittiham üzrə qismən təqsirli bilib.
O bildirib ki, uzun müddət "Bank Respublika”da Esmira Əliyeva ilə birlikdə çalışıblar: "2015-ci ildə Esmira pul köçürmələrinin həyata keçirilməsi üçün 4 şirkətin lazım olduğunu dedi. Mən də ona şirkətlərin adını verdim. Esmira özü deyirdi ki, şirkətlərdən pul köçürülüb. Məndən yenə də şirkət adı istədi. Sonradan istintaq zamanı məlum oldu ki, 15-ə yaxın şirkətin adından köçürmələr edilib. Mən bu işdə adı keçən nə Sevinci, nə də Emili tanıyıram. Ancaq Esmiranı tanıyıram”.
Qeyd edək ki, Ə. Kabulov MTN generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova və digərlərinin cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.
MTN əməkdaşları Ə. Kabulovdan barəsində cinayət işi açacaqları adı ilə 30 min manat pul alıblar. Həmin cinayət işi də banklardan qanunsuz pul köçürmələri ilə bağlı olub. Ona Cinayət Məcəlləsinin 193-1.3.2-ci ( cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 179-cu (mənimsəmə) maddəsi ilə ittiham verilib.


Xəbər 480 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR