MSK nəticələrinin yoxlanmasına yekun vurdu

MSK nəticələrinin yoxlanmasına yekun vurdu

Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə dairə seçki komissiyası protokollarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrini müəyyən edib və seçkilərin ümumi yekunlarına dair protokolların tərtib edilməsinə qərar verib.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

O, qeyd edib ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə 17 seçki məntəqəsi, o cümlədən, 12 saylı Qaradağ-Binəqədi-Yasamal, 15 saylı Yasamal birinci seçki dairəsi, 82 saylı Ağcabədi seçki dairəsi, 83 saylı Ağcabədi-Füzuli seçki dairəsi, 85 saylı Şamaxı seçki dairəsi, 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə bəzi seçki məntəqələrində nəticələri müəyyən etmək mümkün olmadığı üçün bu seçki məntəqələri üzrə nəticələr ləğv olunub. 90 saylı Ağdaş seçki dairəsi istisna olmaqla, bu məntəqələrdə seçkinin nəticələrinin ləğv edilməsi dairələr üzrə ümumi nəticəyə təsir etməyib.

Bunlar nəzərə alınaraq, MSK seçkilərin ümumi yekunlarına dair protokolun tərtib edilməsi barədə qərar verib.

Xəbər 530 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR