MSK müraciətləri araşdırır

MSK müraciətləri araşdırır

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

Aktual.az "Report”a istinadən xəbər verir ki, iclasda komissiya üzvləri 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.
MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.
Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairə üzrə baş tutan seçkidə səsvermənin nəticələrinin ləğv olunması ilə bağlı qərar qəbul edilib.
Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:
- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə,
- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli,
- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu,
- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.
Xəbər 136 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR