Moskvanın Qızıl Meydanında Qələbə paradı keçirilib – FOTO

Moskvanın Qızıl Meydanında Qələbə paradı keçirilib – FOTO

Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə Moskvanın Qızıl Meydanında Qələbə Paradı keçirilib.

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paradda Rusiya prezidenti Vladimir Putin, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev, Rusiyanın dövlət və hökumət rəsmiləri iştirak ediblər.
13 mindən çox hərbçi, 130-a yaxın döyüş texnikasının iştirak etdiyi paradı Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu qəbul edib.
İlk dəfə Rusiya istehsalı olan "Aurus" markalı kabrioletdə paradı qəbul edən müdafiə naziri prezidentə bütün növ qoşunların parada hazır olduğu barədə məruzə edib.
Rusiya prezidenti parad başlamazdan əvvəl çıxış edib. İkinci Dünya müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Daha sonra parad başlayıb. Öncə hərbi məktəblərin kursantları, Hava və Quru Qoşunlarının, Dəniz Qüvvələrinin, Daxili Qoşunların əsgər və zabitləri tribuna qarşısından keçib. Sonra Müdafiə Nazirliyinin Hərbi Universiteti və digər ali hərbi məktəblərin məzunları olan qadın hərbi qulluqçular nizami keçid edib.
Hərbçi kolonlarından sonra İkinci Dünya müharibəsinin simvollarından olan məşhur T-34 tankı meydana daxil olub. Bunun ardınca Tiqr-M və Tayfun-A zirehli avtomobilləri, tank diviziyaları, motoatıcı briqada keçib. Sonda isə parada Rusiyanın nüvə başlıqları daşıyan strateji raket qoşunları qatılıb. Paradda 135 yaxın döyüş texnikası - quru qoşunların "T-90", "Armata" tankları, "Kurqanets-25" BMP, "Rakuşka"  zirehli transportyoru, "Kolasiya CV" özüyeriyen haubitsalar, piyadaların döyüş maşınları, operativ-taktiki "İsgəndər-M” raketləri, "Smerç” qurğuları, "Buk-M2" hava hücumundan müdafiə sistemləri və dünyada analoqu olmayan "Pantser-S", S-400 "Triumf", "Topol-M” və "Yars" zenit-raket sistemləri nümayiş olunub.
Moskva və Moskvaətrafı regionda əlverişsiz hava şəraitinin olması ilə əlaqədar bu dəfəki paradada hərbi aviasiyanın nümayişi təxirə salınıb.
Parad bitəndən sonra Vladimir Putin İkinci Dünya müharibəsinin iştirakçısı olmuş veteranlarla görüşüb, Naməlum Əsgərin məzarı önünə əklil qoyub.






Xəbər 421 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR