Moskvada silahlı insident: 30 nəfər saxlanıldı

Moskvada silahlı insident: 30 nəfər saxlanıldı
  • DÜNYA

Rusiyanın paytaxtında, "Moskva Siti" biznes mərkəzinin qarşısında silahlı insident baş verib.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, naməlum şəxslər və mühafizə xidmətinin əməkdaşları arasında atışma baş verib. İlkin məlumata görə, insident nəticəsində 6 nəfər yaralanıb. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib, daha 2 nəfərə hadisə yerində tibbi yardım göstərilib.
Baş verən silahlı insidentlə əlaqədar 30 nəfər saxlanılıb.

İlkin məlumata əsasən, silahlı şəxslər biznes mərkəzinin mühafizəçilərinə atəş açdıqdan sonra hadisə yerindən uzaqlaşıblar, üç avtomobilin axtarışda olduğu bildirilir. 
 
Aktual.az  
Xəbər 298 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR