Moskvada kafedə qafqazlılarla silahlı qarşıdurma

Moskvada kafedə qafqazlılarla silahlı qarşıdurma

Moskvanın Lipetski küçəsində yerləşən kafelərin birində baş vermiş münaqişə zamanı bir nəfər ayağından güllə yarası alıb.

 
Aktual.az APA-ya istinadən verdiyi xəbərə görə, polis hadisə yerində qarşıdurmanın 8 iştirakçısını saxlayıb. Məlumata görə, münaqişə kafe rəhbərliyi ilə bir qrup qafqazlı arasında baş verib. Münaqişənin səbəbləri, qafqazlıların isə milliyyəti hələlik açıqlanmır.    
 
Məlumata görə, Moskva polisinin rəhbəri Anatoli Yakunin insidentin araşdırılmasını şəxsi nəzarətə götürüb. 
 
Xəbər 462 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR