Moskvada faciə - təyyarədə sərnişinlər diri-diri yandılar – FOTOLAR

Moskvada faciə - təyyarədə sərnişinlər diri-diri yandılar – FOTOLAR

Moskvanın "Şeremetyevo" aeroportunda təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan 78 nəfərdən yalnız 37-si sağ qalıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinə istinadən TASS məlumat yayıb.

***
Mayın 5-də Moskvadan Murmanska uçan "Aeroflot" aviaşirkətinə məxsus "Sukhoi Superjet 100" (SSJ-100) sərnişin təyyarəsi təcili geri qayıdıb və "Şeremetyevo" hava limanına qəza enişini edən zaman yanmağa başlayıb.

"Report" xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində 13 nəfər ölüb.
"SU-1492" reysini yerinə yetirən "RA-89098" bort nömrəli "SSJ-100" tipli təyyarə Bakı vaxtı ilə saat 18:50-də havaya qalxıb, lakin ardınca təcili eniş etmək istədiyi bildirib.
Təyyarə yalnız ikinci cəhddə eniş edə bilib. Bu zaman göyərtəsində 73 sərnişin və 5 heyət üzvü olan təyyarə yanmağa başlayıb. Onun quyruq hissəsi tamamilə məhv olub.
Aeroportda operativ qərargah yaradılıb.
Ölkənin İstintaq Komitəsi hava nəqliyyatının istismarı üçün təhlükəsizlik qaydalarının pozulması ilə əlaqədar cinayət işi açıb.
Həmçinin Nəqliyyat Prokurorluğu təyyarənin yanması faktı ilə bağlı yoxlamalara başlayıb.
"Şeremetyevo" hava limanı uçuş-eniş zolağını müvəqqəti olaraq bağlayıb.

***

Moskvanın Şeremetyevo hava limanında "Moskva – Murmansk" reysi ilə hərəkət edən sərnişin təyyarəsi eniş zamanı yanmağa başlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "360" nəşri "Telegram-kanal"ında məlumat yayıb.
Telekanalın məlumatına görə, hadisəyə göyərtədə yanğın səbəb olub.
Təyyarədə olan 78 sərnişin təxliyyə edilib. Onlardan 1 nəfər ölüb, 5-i xəsarət alıb. Əraziyə 10 "təcili yardım" maşını cəlb edilib.




Xəbər 465 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR