Moskva – Yerevan təyyarəsində bomba həyəcanı yaşanıb

Moskva – Yerevan təyyarəsində bomba həyəcanı yaşanıb
  • DÜNYA

"Sibir” aviakompaniyasının Moskva – Yerevan reysində bomba həyəcanı yaşanıb.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb.
"Sentyabrın 9-da "Sibir” aviakompaniyasının Moskvadan Yerevana eniş edən təyyarəsinin sərnişinlərindən biri əl yükündə bomba olması barədə məlumat verib. Hadisə ilə bağlı aviasiya təhlükəsizliyi xidməti və polisə məlumat verilib. Aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşları bomba həyəcanı ilə bağlı məlumatı əldə etdikdən sonra, sərnişinləri təxliyə ediblər. Sərnişinin əl yükü nəzarətə götürülüb. Təyyarədə aparılan axtarış nəticəsində sərnişinlərin əl yüklərində, baqajlarında, ümumilikdə təyyarənin özündə qadağan olunmuş hər hansı əşya aşkar olunmayıb. Bomba xəbərini verən sərnişin polisə təhvil verilib. Faktla bağlı araşdırma aparılır”, – Ermənistan Mülki Aviasiya Komitəsinin məlumatında qeyd olunub.


Xəbər 28 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR