Moskva İrəvanı cəzalandırmaq üçün “taym-aut” götürür

Moskva İrəvanı cəzalandırmaq üçün “taym-aut” götürür

Paşinyanın da "bileti kəsilə” bilər...

Ermənistan hakimiyyətinin son davranışlarının Moskvanın səfərbərlik, yeni ilhaqın sənədləşməsi və Ukraynada bəzi mühüm mövqelərin itirilməsi ilə bir vaxta təsadüf etməsi İrəvanın hələ ki lehinə işləyir. Ermənilər Qərb dəstəkçilərinin güzgüsündə özlərini yenə "div erməni dövləti” və dünya üçün "çox lazımlı millət” hesab etməyə başlayıblar. Revanş hissi gözlərini tutub, nifrət dolu beyinlərindəki qurdlar yenə üzə çıxıb, hətta Rusiyaya "kəllə atmağa” başlayıblar. Əsrlər boyu Rusiyanın əlaltısı olan qondarma dövlət indi Moskvaya fındıq boyda əzələsini göstərməkdən belə çəkinmir.

Ermənistanın KTMT-nin təlimlərində iştirakdən imtina etməsi, Paşinyanın qurumdan çıxa biləcəkləri ilə bağlı hədəsi  Rusiyanın əlbəttə ki, diqqətindədir. 44 günlük müharibədə Putinin ayaqlarına düşüb  yalvarmağa hazır idilər ki, canlarını xilas etsinlər. Rusiyanın indi dövlət gündəmi gərgindir, ölkə çoxsaylı problemlərlə əlləşir, amma erməni hakimiyyətinin nə hoqqalardan çıxdığını da diqqətlə izləyir.

Rusiya Xarici İşlər Nazirliyinin  rəsmi nümayəndəsi Mariya Zaxarovanın həftəlik brifinqində də erməni jurnalistin sərt sualları təsadüfə oxşamır.  Zaxarova erməni jurnalistin "Vəziyyət nə qədər gərginləşməlidir ki, KTMT əhəmiyyətli müdaxilə eləsin” sualına cavab olaraq Zaxarova KTMT-nin xüsusi missiyasının göndərilməsinin bu təşkilatın əhəmiyyətli müdaxilə imkanı olduğunu vurğulayıb: "İkinci məqam isə, əminəm ki, bu sual Rusiyaya ünvanlanmamalıdır. Ona görə ki, son iki ildə bizim ölkə tərəfindən çoxillik köhnəlmiş böhranı həll etmək üçün çoxlu işlər görülüb. Bunlar kağız üzərində edilməyib, "yerdə" edilib. Başa düşürəm ki, belə ağır vəziyyətlərdə hamı sehrli çubuğun müdaxilə edib problemi həll etməsini istəyir. Lakin bu, ancaq nağıllarda olur".

Mariya Zaxarova - AZƏRBAYCAN24

Mariya Zaxarova

Mariya Zaxarova  keçirdiyi brifinqdə həm də deyib ki, ayrı-ayrı siyasi xadimlər tərəfindən KTMT-nin ünvanına səsləndirilən əsassız tənqidlər qarşılıqlı sərfəli qərarların qəbul edilməsinə fayda gətirmir: "Stanislav Zas Ermənistanın baş naziri Paşinyana Ermənistanın təklifi ilə 15-23 sentyabr tarixində baş tutmuş KTMT missiyasının işinin yekun qiymətləndirmələrini təqdim edəcək. KTMT Baş katibinin rəhbərlik etdiyi missiya ekspertlərlə birlikdə Ermənistan-Azərbaycan sərhədində olub, yerdəki vəziyyəti qiymətləndiriblər. O ki qaldı İrəvan tərəfindən KTMT-nin Qazaxıstanda keçirilən hərbi təlimlərinə hərbi kontingent göndərməmək qərarına, düşünürəm ki, bu məsələdə Ermənistan özü və silahlı qüvvələri qarşısında duran vəzifələrdən hazırkı vəziyyəti nəzərə alaraq çıxış edir. Bu onun suveren hüququdur”.

Əlbəttə, Zaxarovaya bəllidir ki, Ermənistanın KTMT təlimlərində iştirak etməməsinin səbəbi heç də  ona izahatla bağlı deyil. Belə olan təqdirdə, Zaxarovanın Ermənistanın üstünə getməməsi sual doğurur. Rusiya İrəvanla haqq-hesab çəkmək üçün fasiləmi (taym-aut) götürüb? Sorosçu Paşinyan hakimiyyətinin iki kresloda oturmağın zor olduğunu anlayıb, seçimini Qərbə etməsinə Rusiya nə və ən əsası nə vaxt cavab verəcək? Paşinyanı Ermənistan, Rusiya, elə Azərbaycan üçün də nisbətən  məqbul fiqur hesab edən Moskva onun "biletini də kəsəcəkmi?”

Elşən Musayev: Azərbaycan cəmiyyəti dövlətimizin başçısının humanist qərarını alqışlayır - AZƏRTAC

Elşən Musayev

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev hesab edir ki, Ermənistanın Rusiyaya "kəllə” atmağının səbəbi heç şübhəsiz ki, hazırda Rusiyanın başının özünə qarışmasıdır: "Paşinyan bu vəziyyətdən öz aləmində istifadə etməyə çalışır və Qərb dairələrində fikir formalaşdırmaq istəyir. Amma məsələnin əsas məğzi ondadır ki, Ermənistan heç bir zaman müstəqil olmayıb, hər zaman hamının əlinə işləyib, hər kəsin istəklərini yerinə yetirib. Yəni bütün əmr verənlərin qulu olub. Bu səbəbdən qəfil "U" dönüşünün edilməsi və ya riskli, fürsətcil  gedişin həyata keçirilməsi ona baha başa gələ bilər. Baxmayaraq ki, Paşinyanın  sorosçu olması, haradan qidalanması hər kəsə məlumdur, amma yenə də bu günə qədər o, Rusiyanın əleyhinə konkret addımlar atmaqdan çəkinirdi, güc faktoru ilə hesablaşırdı. İndi isə vəziyyət tam dəyişib. Ermənistan hazırda Rusiyaya nəinki üz çevirir, hətta kəllə atır. Paşinyan KTMT-nin təliminə heyət göndərməkdən belə imtina edib. Düzdür, Zaxarova bunu Ermənistanın "suveren hüququ” kimi qələmə verməyə çalışdı, fəqət hər birimizə aydındır ki, Rusiya belə şeyləri Ermənistana bağışlayası deyil. Sadəcə, hazırda, necə deyərlər, baş qarışıqdır, ona görə Ermənistanı "yola verirlər”. Amma bu o anlama gəlməsin ki, cavab olmayacaq. Məncə, olacaq və Ermənistanın qulağının dibindən yekə şapalaqlardan birini də məhz qonşu Rusiya vuracaq. Rusiyanın hazırda Ermənistana qarşı yürütdüyü siyasət "taym-aut” xarakterlidir. Regiona bir az sabitlik gələn kimi həmin müddət bitəcək və Paşinyandan haqq-hesab sorulacaq. Onda isə Paşinyanı kimsə qoruya bilməyəcək.

Ermənistanın baş naziri tez-tez Qərb təmayülündən, Qərbə inteqrasiyadan danışır. Amma məsələ burasındadır ki, bu adam Qərbin də deyil, sadəcə, Qərbdə kiçik bir şəbəkəsi olan, eyni zamanda artıq siyasi təsir gücünü və maddi müvazinətini itirən Sorosun kadrıdır. Yəni Paşinyan Qərb deyərkən yekə görünmək istəyir. Amma fakt faktlığında qalır ki, iri güclər belə təfəkkürün yiyəsinə, vandalizm, qəsbkarlıq, revanşizm siyasəti yürüdən birisinə əsla və əsla "maya” qoymaz, tutumlu dəstək verməz. Ona görə də sonda Paşinyan yenə tək qalacaq və artıq bu dəfə 44 günlük müharibə zamanı dəqiqəbir zəng edib yalvardığı Putini tapa bilməyəcək".

Ermənistanın KTMT hikkəsi - İrəvandan

Mətləb Aslanov

AĞ Partiya başqanının köməkçisi, siyasi şərhçi Mətləb Aslanov hesab edir ki, Rusiya üçün Ermənistan əvvəlki kimi əhəmiyyət daşımır: "Paşinyanın gəlişindən sonra hər kəsin ehtimal etdiyi kimi, onun iqtidarı Qərbə üz tutmaq prosesinə üstünlük verdi. Bu proses son vaxtlar daha da güclənib. Onun üçün də deyərdim ki, Putinin Ermənistan səbri də artıq tükənməkdədir. Açığı, ermənilərin özləri də II Qarabağ savaşından sonra Kremldən əllərini üzüblər. Onlar son illərdə istədikləri və arzu etdikləri heç bir dəstəyi tam olaraq Rusiyadan ala bilmədilər. Düşünürəm ki, Paşinyan iqtidarı çox təhlükəli bir oyununun içərisinə daxil olub. Hesab edirəm ki, hazırda Putin üçün ölüm-dirim məsələsi Ukrayna savaşıdır. O savaş səngiyənə, yaxud bitənə qədər Ermənistanın zamanı var. Həmin vaxta qədər bu siyasət davam etsə, nəinki Putin onların "biletini" kəsəcək, hətta onları ən ağır şəkildə cəzalandıracaq. Rusiya forpostu hesab etdiyi bir dövləti çox asanlıqla Qərbin qucağına atmaz".

Asif Nərimanlı: ”Eskalasiyanın baş verməsi Ermənistana sərf edə bilər”

 Asif Nərimanlı 

Siyasi analitik Asif Nərimanlı isə bildirdi ki, Paşinyan hakimiyyəti Qərblə yaxınlaşmaq mesajlarını əvvəlcə Rusiyaya alternativinin olduğunu göstərmək və Azərbaycanla bağlı məsələlərdə Moskvanın dəstəyini almaq gedişi idisə, son proseslər göstərir ki, rəsmi İrəvan siyasi oriyentasiyasını açıq şəkildə dəyişdirir: "Təbii ki, Rusiyanın düşdüyü vəziyyətdən istifadə edirlər və Qərb ölkələrindən açıq dəstək alırlar. Lakin Rusiyanın buna sona qədər dözəcəyi ehtimalı azdır, çünki Ermənistan Moskva üçün Cənubi Qafqazdakı platforması, eyni zamanda NATO-ya qarşı müdafiə xəttidir. Rusiya indi daha çox diplomatik yollara baş vurur, Ermənistan hakimiyyətinə əsas verməməyə çalışır. Amma Paşinyanın KTMT-dən çıxmaq haqda xəbərdarlığını ciddiyə alacağını düşünürəm. Doğrudur, rəsmi İrəvanın Rusiyanı ittiham etməsi həm Moskva, həm Qərb qarşısında "bazar qiymətini" artırmağa da hesablanıb, hərçənd hadisələrin inkişafı Rusiyanın əleyhinə davam edərsə, ruslara "arxadan zərbə” vuracaqları da bəllidir. Bunu Rusiyada da anlayırlar. Rusiya hələ ki diplomatik dillə problemləri yoluna qoymağa çalışsa da, həlledici məqamda sərt addımlara gedəcəyi də istisna deyil".

Xəbər 965 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR