Moskva aeroportuna 20 ilan gətirən sərnişin saxlanıldı

Moskva aeroportuna 20 ilan gətirən sərnişin saxlanıldı
  • DÜNYA

Moskvada Şeremetyevo hava limanının əməkdaşları ölkəyə gələn turistdən 20 ilan müsadirə edib.


Aktual.az Trend-ə istinadən xəbər verir ki, həmin şəxs ilanları Almaniyada keçirilən sərgi zamanı əldə etdiyini bildirib. Bununla belə, ilanların daşınmasına icazə verən sənəd təqdim olunmayıb.

 

İlanlar sərnişinin əl yükündə olub. Həmin ilanlar gömrük əməkdaşları tərəfindən müsadirə olunaraq vəhşi heyvanların reabilitasiya mərkəzinə təhvil verilib.

 
Aktual.az
Xəbər 490 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR