Moskva aeroportlarına Mendeleyev, Dostoyevski və Tolstoyun adları verilə bilər

Moskva aeroportlarına Mendeleyev, Dostoyevski və Tolstoyun adları verilə bilər
  • DÜNYA

 Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən 3 aeroporta Dmitri Mendeleyev, Fyodor Dostoyevski və Lev Tolstoyun adları verilə bilər. 

"Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. 
Məlumata görə, bu gündən ölkədə "Rusiyanın Böyük Adları" layihəsinin reallaşdırılmasına başlayacaq və bu layihə çərçivəsində ölkənin 45 tanınmış şəxsi seçilərək onların adları Rusiyadakı hava limanlarına veriləcək. Potensial namizədlər arasında adları çəkilən 3 ictimai xadim də var. 
Belə ki, Vnukovo hava limanının D.Mendeleyevin, Şeremetova hava limanının F.Dostoyevskinin, Domodedovo hava limanının isə L.Tolstoyun adını daşıması nəzərdə tutulub. Yekun qərar ümumxalq səsverməsi əsasında, noyabrın 8-dən 30-na qədər veriləcək. Qaliblər dekabrın 5-də elan ediləcək.
 
Aktual.az
Xəbər 257 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR