Moskva Abdullahianın səfərinə hazırlaşır

Moskva Abdullahianın səfərinə hazırlaşır
  • DÜNYA

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Rusiyaya səfər tarixi hazırlanır.
Aktual.az xəbər verir ki, bunu Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov deyib.
"Səfər gözlənilir. Tarix hələ müəyyən edilməyib. Ona görə də heç nə deyə bilmərəm. Səfər təxirə salınıb, ləğv olunmayıb", - Kabulov jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Qeyd edək ki, İran XİN rəhbərinin yanvarın 17-nə planlaşdırılan Moskva səfəri təxirə salınmışdı.


Xəbər 347 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR