MN: Ermənistanın keçirdiyi təlimlər tam nəzarətimiz altındadır - VİDEO

MN: Ermənistanın keçirdiyi təlimlər tam nəzarətimiz altındadır - VİDEO

"İşğal edilmiş Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin iyunun 17-də başladığı "geniş miqyaslı” hərbi təlimlər Ordumuzun ön xətt bölmələri tərəfindən xüsusi müşahidə vasitələri və cihazları ilə ciddi izlənilir və tam nəzarətdə saxlanılır".


Aktual.az-ın xəbərinə görə, bu barədə AzərbaycanMüdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

"Bildiririk ki, dəfələrlə olduğu kimi, qarşı tərəf bu dəfə də cüzi sayda şəxsi heyət və texnikanı cəlb etməklə keçirdiyi məşğələni "geniş miqyaslı” təlim kimi təqdim etməyə çalışır.

Düşmən tərəfinin təlimlərə guya 10 min şəxsi heyət və çoxlu sayda döyüş texnikası cəlb etməsi barədə yaydığı məlumatın tam əksinə olaraq təqdim edilən videodan da görünür ki, ermənilər həmişə olduğu kimi yenə də özünəməxsus saxtakarlıq etməklə öz ictimaiyyətini aldadırlar", - deyə, nazirlikdən bildirilib.

Xəbər 91 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR