MN:  Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur

MN:  Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.
Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.
Bu barədə Aktual.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.
Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.
Xəbər 331 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR