"TurAz Şahini - 2021” təlimlərində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin heyəti Türkiyə Respublikasının Konya şəhərinə çatıb".
Bu barədə Müdafiə Nazirliyindən Aktual.az-a bildirilib.
Məlumatda deyilir ki, hazırda təlimlərə hazırlıq məqsədilə heyətin yerləşdirilməsi, planlama və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.
Birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.
Xəbər 686 dəfə oxunub.