Mirqafar Seyidov: "Bakıda törədilən cinayətlərin sayı azalıb"

Mirqafar Seyidov:

"Ötən il paytaxtda ümumilikdə 11 min 176 cinаyət qеydə аlınıb ki, оnlаrın dа 88,6 faizi аz аğır, 11,4 faizi isə аğır və хüsusilə аğır növlər оlub". 

Aktual.az "Report"a istinadən xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsində 2019-ci ilin yekunlarına həsr olunan geniş əməliyyat müşavirəsində idarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov deyib. 
O qeyd edib ki, 2018-ci illə müqayisədə hesabat dövründə ümumi cinayətlər 5,4, аğır və хüsusilə аğır cinayətlər 2,3, az ağır cinayətlər 5,4, böyük ictimai təhlükə törətməyən cinayətlər 6,6, adam öldürməyə cəhdlər 18,8, dələduzluq 33,9, soyğunçuluq 3,7, quldurluq 3,9, hədə-qorxu ilə tələb etmə 28,9 faiz azalıb.
Xəbər 172 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR