Minsk qrupu regionda Azərbaycanın yaratdığı reallığa uyğun fəaliyyət proqramı hazırlamalıdır   - Deputat

Minsk qrupu regionda Azərbaycanın yaratdığı reallığa uyğun fəaliyyət proqramı hazırlamalıdır    - Deputat

Müharibə artıq bitib. Azərbaycan ordusu öz əzəli torpaqlarını işğaldan azad edib. Biz şanlı və böyük qələbə qazanmışıq. Üstəlik, bu qələbəni öz siyasi və hərbi gücümüz hesabına qazanmışıq. Halbuki BMT qətnamələri zamanında icra olunsaydı, düşmən öz işğalçı siyasətindən əl çəksəydi vəziyyət bu yerə gəlib çıxmazdı. Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.
Deputat bildirib ki, eyni zamanda 30 ilə yaxın müddət boyunca ATƏT-in Minsk Qrupundan da gözləntilər vardı və həmin gözləntilər bundan ibarət idi ki, Ermənistana ciddi təsir edilsin, Azərbaycanın əzəli torpaqları öz sahibinə diplomatiya vasitəsilə ilə qayıtsın:
"Amma nə təəssüf ki, bunlar olmadı, gözləntilər doğrulmadı, ATƏT-in Minsk Qrupu və digər aidiyyatlı beynəlxalq təsisatlar məsələyə arzuolunan səviyyədə əl qoymadılar. Bu səbəbdən Ermənistan çox arxayınlaşdı, daha da azğınlaşdı, öz təxribatlarına davam elədi və növbəti təxribatların birində artıq Azərbaycanın səbr kasası doldu və əks-hücumla düşməni yerində oturtdu, onun başını əzdi.
İndi isə ən çox ünvanlanan suallardan biri budur: ATƏT-in Minsk Qrupu bundan sonra nə edə bilər? Daha dəqiqi, ümumiyyətlə nəsə edə bilərmi? Cavab budur: Hazırda ortalıqda köhnə şərtlər və köhnə tablo yoxdur. Vəziyyət dəyişib. Tam dəyişib. Torpaqlar geri qayıdıb. Azərbaycan müharibəni udub. Ermənistan kapitulyasiya aktını imzalayıb. Doğma Qarabağ işğaldan azad edilib və bu durumda ATƏT-in Minsk Qrupu yalnız və yalnız yeni reallığa uyğun fəaliyyət göstərə, müəyyən işlər görə bilər.
Məsələn, xalqların sülhə hazırlanması, etimad mühitinin qurulması, kommunikasiya işlərinin görülməsi və s istiqamətlərdə. Amma bunun üçün yenə də ədalətli yanaşmaya ehtiyac var. O yanaşmaya riayət olunsa təbii ki, müzakirə etmək üçün hər zaman mövzu olacaq”.
Xəbər 679 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR