"Minlərlə QHT gözləyir ki, 2019-cu ilin dövlət büdcəsindən QHT-ə ayrılan vəsait artırılacaq" – Niyaməddin Orduxanlı


"Nazir Samir Şərifov bir körpünün inşasına 45 milyon manat ayırır, ancaq minlərlə QHT-ə 5.6 milyon. Bunu da 4000 QHT arasında böləndə, aya 116 manat düşür. Bununla QHT saxlamaq olar?!” Maliyə naziri Samir Şərifov Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına bu il ayırdığı pul həddindən artıq azdır. Bu gün rəsmi olaraq 4000 QHT qeydiyyatdan keçib. Bu qədər QHT-ə 5.6 milyon manat ayrılıb. Hər i QHT ayrıan vəsait azamağa doğru gedir. Minlərlə QHT bu qədər vəsaitlə nə edə bilər? ”

 

Bu açıqlamanı Aktual.az saytına BAXCP sədrinin müavini, ölkənin tanınmış QHT sədri Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, nazir Samir Şərifov bir körpünün inşasına 45 milyon manat ayırır, ancaq minlərlə QHT-ə 5.6 milyon: " Vətəndaş Cəmiyyəti ölkəmizin əsas stunlarından biridir. Dövət və milli maraqarımızın qorunmasında QHT müstəsna rolu var. Cənab prezident İlham Əliyevin hər zaman vətəndaş cəmiyyətinə xüsusi önəm verib. Və dövlətimizin inkişafında QHT-ləri hər zaman fəal olmağa səsləndirib. QHT-lər cənab prezident İlham Əliyevin hər zaman diqqət və qayğısını görüb. Elə bu səbəbdəndir ki, Prezident 10 ildir Prezidentin yanında QHT Dövlət Dəstəyi Şurasını yaradıb. Bu gün yüzlərlə, minlərlə QHT var ki, yalnız dövlətin dəstəyindən başqa heç bir donor təşkilatdan maliyə almır. Onu da bilin ki, Azərbaycanın dövlət maraqlarını qoruyan QHT heç bir beynəlxalq təşkilat bir manatda olsun qrant vermir və verməz də! Çünki onların böyük əksəriyyəti bəzi QHT-lərə ona görə pul ayırır ki, onlar dövlətçiliyimizin əleyhinə fəaliyyət göstərsinlər. " QHT sədri Niyaməddin Orduxanlınin bildirdiyinə görə, artıq Milli Məclisdə 2019-cu ilin budcəsi müzakirəyə başlayıb: " Deputatlara paylanan budcədən bəlli oldu ki, bu il də maliyə nazirliyi QHT ayrılan vəsaitin həcminin azaldıb. Bu konkret olaraq biabırcılıqdır! 5.6 milyon vəsaiti 4000 QHT arasında böləndə , bir ilə 1400 manat düşür. 1400 manatı da 12 aya böləndə hər bir QHT 116 manat düşür. 116 manatla necə QHT saxlamaq olar?! Bu səbəbə görədir ki, beynəlxalq təşkilatların da tanındığı QHT sədrlərimiz istefa veriblər və bu sahədə çalışmaqdan imtina ediblər. Hər zaman dövlətçiliyi qoruyan QHT-lərə bu münasibətin olması yolverilməzdir. Ermənilər beynəlxalq təşkilatların keçirdiyi tədbir də azı 6-7 QHT ilə təmsil olunurlar. Ancaq Azərbaycandan ən yaxşı halda 2 nəfər olur və bunun da biri öz şəxsi hesabına tədbir də iştirak edir. Niyə? Bu cür davam etsə, QHT-lər təmsilçiliyi minumuma düşəcək.” N.Orduxanlı onu da qeyd etdi ki, çox sevindirici haldır ki, dünən başlanan büdcə müzakirəsində Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bu məsləni hökümət üzvülərinin diqqətinə çatdırdı: " Bilirsiniz, Azay müəllim QHT-in hansı vəziyyətdə olduğunu çox yaxşı bilir. Çünki bütün problemlərimizi Şura rəhbərliyinə həm yazılı, həm də şifahi şəkildə təqdim edirik. Biz QHT-lər gözləyirik ki, növbəti günlərdə müzakirələr zamanı digər millət vəkillərimiz də QHT ayrılan vəsaiti həddinən artıq az olmasından danışacaqlar. Çünki bəzi millət vəkilləri də həmçinin QHT-ə rəhbərlik edirlər. Və onlar da vəziyyətin nə dərəcədə olduğunu çox yaxşı bilirlər. Minlərlə QHT gözləyir ki, 2019-cu ilin dövlət büdcəsinə ayrılan vəsait artırılacaq.

 
Aktual.az
Xəbər 621 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR