"MilliÖn"də "BakıKart"a ödəniş nə vaxt bərpa olunacaq? - Şirkətdən açıqlama


"MilliÖn" ödəniş terminallarındakı "BakıKart" sistemində yeniliklərin tətbiqi ilə bağlı işlər aparılır.

Bu barədə Trend-ə həmin terminalların quraşdırılması və texniki dəstəyi ilə məşğul olan "Komtec" şirkətindən bildiriblər.

Şirkətdən qeyd olunub ki, uyğunlaşdırma işləri başa çatdıqdan sonra vətəndaşlar yenidən "BakıKart"ın balansını "MilliÖn" terminallarından doldura biləcək.

Qeyd edək ki, martın 29-da səhər saatlarında Bakı sakinləri "MilliÖn" terminallarından "BakıKart"ın balansının doldurulması zamanı çətinliklərlə üzləşib
Xəbər 331 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR