Azərbaycanı təhdid edən, Bakını raketlə vuracağını deyən İrana qarşı ölkəmizdə fəaliyyət göstərən bəzi qüvvələrin mövqesizliyi, adekvat olmayan reaksiyası xüsusi diqqət çəkir. Bu sırada əsasən AXCP-dən ibarət olan Milli Şura, Müsavat Partiyası, bəzi müxalifətçi fəallar xüsusi yer alır. Onlar niyə reaksiya bildirmirlər deyə suallar yaranıb. Axı bu, hakimiyyətin məsələsi deyil, bu, Azərbaycan, dövlətin məsələsidir.
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev bu mövzuda sərt danışdı: "Ümumilikdə İran məsələsi, konkret olaraq isə sərhəddə baş verənlərlə, TIR-ların keçidi ilə bağlı ən yüksək səviyyədə rəsmi münasibət bildirilib, bütün baş verənlərin ölkəmizə qarşı hörmətsizlik olduğu bəyan edilib. Amma burada əsas yük məhz siyasi-ictimai elektoratın, xüsusən də siyasi təşkilatların və onların rəhbərlərinin üzərinə düşürdü. Yəni rəsmi cavab sırf protokol səbəbi ilə çərçivəli olur və həmin rəsmi cavabı rəsmi statusu olmayanlar daha da inkişaf etdirməli, dövlətimizin maraqları kontekstində bəlli məcraya yönəltməli idilər. Yönəltdilərmi? Bəli, əksəriyyət yönəltdi. Hamı hansısa səviyyədə məsələyə münasibət bildirdi, etirazını ifadə etdi.
Elşən Musayev də yenidən parlamentə seçilməyə çalışacaq
Elşən Musayev: "Bəlkə oturub Allaha yalvarırlar ki, təxribatlar artsın və bunlar da burada xoşbəxt olsunlar”
Biri kəskin, digəri yarımkəskin, başqa birisi loyal formada. Yalnızca Milli Şura və Müsavatdan savayı. Yenə susdu, bu anti-millilər. Halbuki ayrı vaxt vətən sevgisindən, qərbyönümlü siyasətdən, beynəlxalq hüququn ana prinsiplərindən - ələlxüsus da "bir dövlətin başqa dövlətin daxili işlərinə qarışa bilməməsini” özündə ehtiva edən məşhur prinsipdən dəm vururlar. Bax həmin ikiüzlülər, sifətində əlli maska gəzdirənlər növbəti dəfə susdular. Susdular və gözlədilər ki, bəlkə bunun müqabilində boğazlarına kənardan pul-para qırıntısı atılar və destruktiv fəaliyyətləri üçün növbəti sədəqə verilər.
Vaxtilə eyni xətlə Azərbaycan daxilinə təsir etməyə, daha dəqiqi, Azərbaycan daxilində təxribat yaratmağa çalışan qüvvələrin təmsilçiləri həbs olunanda da Əli Kərimli sanki onların vəkili kimi çıxış elədi. Elə bu günə qədər də edir. Özü də vicdan təəssübkeşi rolunda! Təbii, AXCP sədrinin məlum davranışları ilk növbədə artistlikdir. Amma artistlik bir yana qalsın, bu həm də mənəvi cinayətdir. Hakimiyyətə gəlmək və ya mövcud hakimiyyəti zədələmək, zəiflətmək üçün bütün milli maraqları görməzdən keçməyin, hər halda, başqa adı ola bilməz. Ona görə də bunlara fərd olaraq qaragüruh, yaratdıqları təşkilata isə "anti-milli şura” deyirik. Azərbaycana qarşı nə təxribat varsa, Azərbaycanın əleyhinə nə varsa AXCP-nin, Milli Şuranın, Müsavatın ürəyindəndir. Hətta bəlkə oturub Allaha yalvarırlar ki, həmin təxribatlar artsın və bunlar da burada xoşbəxt olsunlar. Bu namərdlikdir.
Cəmil Həsənli kimi qolçomaq təfəkkürlü professor, Gültəkin Hacıbəyli kimi hələ də yerini və yurdunu müəyyənləşdirə bilməyən siyasi yalquzaq, Əli Kərimli kimi 30 ildir ortalıqda var-gəl edən bədbəxt, Arif Hacılı kimi - başı partiya bileti satmağa qarışmış oyunbaz qoy bu sualın cavabını versinlər ki, haradadırlar, niyə səsləri çıxmır və nəyi gözləyirlər? Əslində sualım ritorikdir və cavab da ortalıqdadır. Onlar həmişəki yerlərindədir. Adlarını siyasətçi qoyublar. Daş düşsün, sizin yürütdüyünüz siyasətə".
Ərdoğandan Amerikaya mesaj: "Suriya və İraqı da tərk edin”...
Niyaməddin Orduxanlı: "Milli Şuranın tərkibində İranın agentura şəbəkəsinin olması danılmaz faktdır”
BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlının da mövqeyi fərqli deyil: "İran mollalarının son günlər daha da aqressivləşməsinə, İranın Azərbaycanı təhdid edən açıqlama verməsinə, İranın Bakını raketlə vuracağını açıqlamasına qarş radikal müxalifət, xüsusən Milli Şura, Müsavat Partiyası, radikal müxalifətçi fəallar, blogerlər niyə reaksiya bildirmirlər? Nədir bu susqunluğun səbəbi?! Birmənalı şəkildə deyərəm ki, İranla əməkdaşlıq! Bilirsiniz ki, Milli Şura layihəsini Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində Rusiya yaratmışdı. Rusiya Azərbaycana təzyiq etmək üçün həmin bu Milli Şuranı yaratdıqdan sonra İranın Azərbaycandakı ”beşinci kolon"un bütün üzvlərini, Taleh Bağırzadələri, Səmədovları, Eldəniz Quliyevləri Əli Kərimlinin ətrafına toplamışdı. Milli Şuranın tərkibində İranın agentura şəbəkəsinin olması danılmaz faktdır. Bu qüvvələr üçün dövlət və milli maraqlar ikinci plana keçir. Heç bir şübhəm yoxdur ki, İran öz əlaltılarına maddi dəstək də verməsin. Əli Kərimlinin pula sevgisi çoxlarına bəllidir. Görünür, bu maddiyyat səbəbindən bu gün İranın Azərbaycana qarşı yürütdüyü siyasətə etiraz etmirlər. Başqa səbəb ola bilməz. Axı bu, hakimiyyətin, İlham Əliyevin məsələsi deyil, bu, Azərbaycanın məsələsidir. Dövlət və milli maraqlarımıza İran tərəfindən vurulan zərbədir. İran hansı haqla qanunsuz yollarla Xankəndinə TİR-larını göndərir? Dost və müsəlman ölkəsi olan İran Qarabağda 67 məscidin 65-ni darmadağın edən ermənilərə niyə yardım etməlidir ki? Bu fakta, İranın Ermənistana verdiyi dəstəyə necə susmaq olar?! Hələ utanmadan Əli Kərimli özünü Elçibəyin "davamçısı” adlandırır. Elçibəy sağ olanda belə Bütöv Azərbaycan ideyasından bir dəfə də olsun danışmağa cəsarət etməyən Əli Kərimli və digərlərinin bu gün kim olduğunu Azərbaycan xalqı çox yaxşı görür. Mollalarla Əli Kərimlinin əməkdaşlığını ABŞ və Qərb dairələri də yaxşı bilir".
Cavanşir ABBASLI,
"Yeni Müsavat”
Xəbər 524 dəfə oxunub.