Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyi müəyyənləşib

Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyi müəyyənləşib

Milli Məclisin oktyabrın 8-də keçiriləcək plenar iclasının gündəliyi müəyyənləşib.

APA-nın məlumatına görə, iclasın gündəliyinə 13 məsələ daxildir.
İclasda "Uşaq hüquqları haqqında”, "Narkoloji xidmət və nəzarət haqqında”, "Gənclər siyasəti haqqında”, "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, "İnsan alverinə qarşı mübarizə haqqında”, "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, "Təhsil haqqında”, "Məişət zorakılığının qarşısının alınması haqqında”, "Sosial xidmət haqqında”, "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, "Peşə təhsili haqqında” qanunlara dəyişiklik 3-ci oxunuşda, "Yerin təki haqqında", " Qaz təchizatı haqqında” və s. dəyişiklik layihələri 2-ci oxunuşda müzakirəyə çıxarılacaq.
Xəbər 1141 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR