Milli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyi açıqlandı

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyi açıqlandı

 Milli Məclisin oktyabrın 1-də keçiriləcək payız sessiyasının ilk plenar iclasının gündəliyi açıqlanıb.


"Report" xəbər verir ki, iclasın gündəliyinə 62 məsələ daxildir.

Bunlar "Azərbaycan Respublikasının İsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, "Normativ hüquqi aktlar haqqında”, Aviasiya haqqında”, "İstehsalat bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimləməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, "Standartlaşdırma haqqında”, "Yaşıllıqların mühafizəsi haqqında”, "Vəkil və vəkillik fəaliyyəti haqqında”, və s. qanunlara dəyişiklik layihələridir.

Bundan başqa, iclasda İnzibati Xətalar, Mənzil, Mülki, Vergi, Gömrük məcəllələrinə dəyişiklik layihələri də müzakirəyə çıxarılacaq.

 
Aktual.az
Xəbər 292 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR