Milli Məclisin növbəti üç iclasının gündəliyi - SİYAHI

Milli Məclisin növbəti üç iclasının gündəliyi - SİYAHI

Milli Məclisin noyabrın 13-ü, 14-ü və 15-i tarixlərində keçiriləcək iclasının gündəliyi müəyyənləşib.

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.
Qurum rəsmisi bildirib ki, parlamentin noyabrın 13-ü, 14-ü və 15-i tarixlərində keçiriləcək iclasının gündəliyinə 7 məsələ daxildir.

Bunlar aşağıdakılardır:

1. ”Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi;

2. "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında" qanun layihəsi;

3.  "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında" qanun layihəsi;

4. "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi;

5.  Milli Məclisin 2019-cu il üçün xərclər smetası;

6. Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası;

7. "İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi.
 
Aktual.az
Xəbər 326 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR