Milli Məclisin növbəti iclasının vaxtı dəyişdirildi - GÜNDƏLİK

Milli Məclisin növbəti iclasının vaxtı dəyişdirildi - GÜNDƏLİK

Milli Məclisin növbəti iclasının vaxtı dəyişdirilib.

Modern.az-ın parlamentdən əldə etdiyi məlumata görə, Milli Məclisin növbəti iclası noyabrın 27-də və 30-da keçiriləcək.

Qeyd edək ki, Milli Məclisin növbəti iclasının noyabrın 23-də və 30-da keçirilməsi nəzərdə tutulmuşdu.


Noyabrın 27-də keçiriləcək iclasda ”Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında", Milli Məclisin 2019-cu il üçün xərclər smetası, Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası, "İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihələri II oxunuşda müzakirə ediləcək.
Xatırladaq ki, 2019-cu ilin dövlət büdcəsi Milli Məclisin noyabrın 13-ü, 14-ü və 15-də keçiriləcək plenar iclasında da müzakirəyə çıxarılıb.
 
Aktual.az
Xəbər 243 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR