Milli Məclisin İntizam komissiyasının üzvlərinin sayı artırılıb

Milli Məclisin İntizam komissiyasının üzvlərinin sayı artırılıb

Azərbaycan Milli Məclisin İntizam komissiyasının üzvlərinin sayı artırılıb.

"Report”un xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub.
Bildirilib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci (Milli Məclisin İntizam komissiyası) maddəsinə dəyişiklik edilir.
Maddəyə əsasən, Milli Məclisin İntizam komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilib. Dəyişikliklə üzvlərin sayı 7-dən 11-ə çatdırılıb.
Dəyişiklik layihəsində qeyd olunub ki, İntizam komissiyasının iclası onun azı 4 deyil, 11 üzvü iştirak etdikdə səlahiyyətlidir. İntizam komissiyasının bütün qərarları onun iclaslarında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Müvafiq rəy İntizam komissiyasının üzvlərinin 7 səs çoxluğu ilə verilir.
 
Aktual.az
Xəbər 260 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR