Milli Məclisdə növbəti ilin dövlət büdcəsi ilə bağlı müzakirələr başa çatıb

Milli Məclisdə növbəti ilin dövlət büdcəsi ilə bağlı müzakirələr başa çatıb

 Milli Məclisdə (MM) 2019-cu ilin dövlət büdcəsi ilə bağlı müzakirələr başa çatıb.

Aktual.az "Report”a istinadən xəbər verir ki, layihə parlamentin plenar iclaslarında 3 gün - noyabrın 13-14-15-də müzakirə olunub. Deputatlar bir sıra təkliflərlə çıxış ediblər.
Müzakirələr zamanı "2019-cu il dövlət büdcəsi haqqında”, " 2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetalarına baxılıb.
MM sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib ki, hökumətə təkliflərə cavab vermək üçün 8 gün - noyabrın 23-dək vaxt verilib.
 
Aktual.az
Xəbər 406 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR