Millət vəkili Qənirə Paşayevaya “Fəxri diplom” təqdim edildi – FOTO

Millət vəkili Qənirə Paşayevaya “Fəxri diplom” təqdim edildi – FOTO

Millət vəkili Qənirə Paşayevanın dəvəti ilə Bakıya səfərə gəlmiş özbək ziyalıları ilə, onun başçılıq etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin (ABAİB) və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) bir qrup fəalı arasında görüş-müzakirə keçirilib.
 
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər masaya yatırılıb, iki qardaş ölkə və xalq arasında hərtərəfli yaxınlaşmanın güclənməsi üçün ziyalıların, QHT və media quruluşlarının üzərinə düşən tarixi missiya haqqında danışılıb. Millət vəkili Qənirə Paşayeva və RHİMİB sədri Arzu Bağırova Özbəkistanın tanınmış şair-tərcüməçisi, ünlü "Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəm, professor-doktor Babaxan Şərif, araşdırmaçı-yazar, türkoloq Şöhrət Barlas və Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun iştirakı ilə keçirilmiş silsilə tədbirlərin önəmindən danışmışlar. Qeyd edilib ki, ədəbiyyatşünas, dilçi alim Babaxan Şərifin 70 illik yubileyinin Bakıda təntənəli şəkildə qeyd edilməsi; "Özbəkcə-Azərbaycanca, Azərbaycanca-Özbəkcə” sözlüyünün "Kaspi” qəzetinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində və habelə AMEA Ədəbiyyat İnstitutunda möhtəşəm təqdimatı, dahi Nizaminin özbəkcəyə çevrilmiş "Xəmsə”sinin Nizami adına Ədəbiyyat Muzeyində təqdimatı, ADPU-da professor-müəllim və tələbə heyəti ilə yaddaqalan görüş, "AzərKitab”da Xasiyyət Rüstəmin yaradıcılıq gecəsinin və "Azərbaycan, Qarabağ və sülh üçün oxu” klipinin təqdimatı silsilə tədbirlərin məhsuldar keçməsindən xəbər verir. ABAİB və RHİMİB rəhbərləri özbək ziyalıları ilə görüşdə iki qardaş ölkənin uyğunprofilli QHT-ləri arasında memorondum imzalanmasının, real addımların atılmasının vaxtının çoxdan çatdığını, eləcə də, qardaş şəhərlərin, qardaş bələdiyyələrin artması və əməkdaşlığın intensivləşməsi günün tələbidir. Məhz bu işdə ziyalıların üzərinə tarixi məsuliyyət düşür. Xoş ovqatda keçən görüşdə, özbək ziyalıları Azərbaycanlı QHT rəhbərlərinin irəli sürdüyü təklifləri dəstəklədiklərini bildirərək, ortaq nəşrlərin, gərəkli festival və konfransların keçirilməsi üçün əllərindən gələni edəcəklərini demişlər. Millət vəkili Qənirə Paşayevanın bugünlərdə Özbəkistana səfərini xatırladan özbək ziyalıları, ictimai fikrin düzgün qidalandırlması, özəlliklə gənc nəslin qardaşlıq ruhunda tərbiyələndirilməsi baxımından belə səfərlərin çox önəmli olduğunu demişlər. Görüşlərin sonunda Samir Abbasov Xasiyyət Rüstəmə və üç gün ərzində keçirilən silsilə tədbirlərdə xüsusi əməyi olan millət vəkili Qənirə Paşayevaya Azərbaycanın Özbəkistandakı səfirliyinin və rəhbəri olduğu Mədəniyyət Mərkəzinin "Fəxri diplom”unu təqdim edib.
      Qənirə Paşayevanın dəvətilə ölkəmizdə səfərdə olan qardaş Özbəkistanın nümayəndə heyəti Azərbaycan Dövlət Pedoqoji Universitetini ziyarət ediblər, rektor Cəfər Cəfərov və müəllimlərlə görüşüblər.  görüşüblər. Azərbaycan Dövlət Pedoqoji Universiteti ilə Özbəkistanda fəaliyyət göstərən Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində və ortaq layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Millət vəkili Qənirə Paşayevanın müşayəti ilə Özbəkistandan gələn qonaqlar Azərbaycan Dövlət Pedoqoji Universitetinin fəaliyyəti yaxından tanış olublar. Özbəkistandan gələn qonaqlara universitetdə yerləşən "Türk Dünyası Mərkəzi”, burada keçirilən tədbirlər, layihələrlə bağlı məlumat verilib.




Xəbər 277 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR