“Milandakı görüşlərin çox faydalı olduğunu hesab edirəm” – Elmar Məmmədyarov

“Milandakı görüşlərin çox faydalı olduğunu hesab edirəm” – Elmar Məmmədyarov

"Dünən Milanda ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyanla görüşlərim baş tutub. Çox intensiv məsləhətləşmələr oldu, çox mühüm fikir mübadiləsi aparıldı. Bu görüşləri çox faydalı hesab edirəm”.

"Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Milanda (İtaliya) ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının illik iclasında deyib.
XİN başçısının sözlərinə görə, uzun illər ərzində ilk dəfə tərəflər görüşün yekunlarına dair bəyanatın mətni ilə bağlı razılaşa biliblər: "Regionda sülh və rifahın yaradılması üzrə imkanları artırmaq üçün gələn il nizamlama prosesində sıçrayış etməliyik”.
 
Aktual.az
Xəbər 309 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR