Metro vaqonlarının növbəti dəsti Azərbaycana avqustun 10-dək yola salınacaq

Metro vaqonlarının növbəti dəsti Azərbaycana avqustun 10-dək yola salınacaq

"Daha üç qatar Azərbaycana avqust ayında göndəriləcək. Avqustun 10-dək həmin 15 vaqon sizdə olacaq”.

Bunu "Report”un Rusiya bürosuna həmin ölkənin "Metrovaqonmaş” Səhimdar Cəmiyyətinin satış direktoru Viktor Zabadıkin bildirib.
"Bakı Metropoliteni ilə iş görməkdən məmnunuq. Geniş servis qrupumuz daim oradadır. Belə ki, istehsal etdiyimiz məhsullara məsuliyyət daşıyırıq. Sifariş alanda bizə təqdim edilən tələbləri, texniki müddəaları dəqiqliklə yerinə yetiririk”, - rusiyalı mütəxəssis qeyd edib.
Qeyd edək ki, bu il Rusiyadan cəmi 30 metro vaqonu idxal olunacaq. Yeni nəsil müasir vaqonların ilk 10 ədədi iyun ayının 4-də Bakıya yola salınıb.
"Metrovaqonmaş” Bakı metropolitenini faliyyət göstərdiyi 1967-ci ildən etibarən avadanlıqla təchiz edən yeganə müəssisədir. Hazırda Bakı metrosunda 300-dək Moskva istehsalı vaqon istismardadır.
Xəbər 365 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR