AzNews.az xəbər verir ki, yeni dərs ilində məktəb sevinci yaşayanların arasında şou-biznesin tanınmış nümayəndələrinin övladları da var. Sənətçilər bu sevinclərini sosial şəbəkədə yerləşdirdikləri fotolarla da bildiriblər.

Müğənni Xuraman Şuşalı: "Anasının fəxri, qüruru birinci sinfə gedirik. Mən də birinci sinfə gedəndə ağlamışdım. Tezdən oyanmaq, dərs oxumaq”.

 

Müğənni: Elçin Hüseynov: "Yeni tədris iliniz mübarək, 1-cilər, sizə uğurlar”.

Müğənni Damla: "İlk təhsil günümüz mübarək. Bu gün mən də göz bəbəyimi dərsə gətirmişəm”.

Rəqqasə Fatimə Fətəliyeva:

"Ana qurban, bu gün ilk dərs günündür. Şagirdləri təbrik edirəm”.

Aktyor Fərda Xudaverdiyev: "Aminin ilk dərs günü. Allah bütün balaları qorusun”.