Məşhur Məmmədov: Hər birimiz üzərimizə düşən vətəndaşlıq borcunu yerinə yetirməli, Azərbaycanın qüdrətlənməsi üçün səyimizi əsirgəməməliyik

Məşhur Məmmədov: Hər birimiz üzərimizə düşən vətəndaşlıq borcunu yerinə yetirməli, Azərbaycanın qüdrətlənməsi üçün səyimizi əsirgəməməliyik

Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 70 saylı Masallı şəhər Seçki Dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Şahbaz oğlu Məmmədov haqqında oxucularda aydın təsəvvür yaratmaq üçün əvvəlcə onun seçicilərlə keçirdiyi görüşlərdən birində iştirak etdim.

Mərasimdə Masallının respublikanın ən sürətlə dəyişən və yenilənən rayonu olduğunu deyən Məşhur Məmmədov çıxışında Azərbaycanın hər yerində olduğu kimi, burada da abadlıq və quruculuq işlərinin bundan sonra da davam edəcəyini və Milli Məclisə deputat seçiləcəyi tədqirdə isə bu prosesə hər cür dəstək və kömək göstərəcəyini vurğuladı.

M.Məmmədov deputatlığa namizədliyi irəli sürüldüyü partiyanın rəhbərliyi tərəfindən onun qarşısına seçicilərin rəğbətini qazanmaq, seçkilərdə qələbə əldə edib sıravi vətəndaşlara xidmət etmək vəzifəsi qoyulduğunu bildirdi. O, bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə söz verdiyini, gələcəkdə doğma yurdu üçün daha çox iş görəcəyini həmyerlilərinin diqqətinə çatdırdı. Daha sonra dedi:-Partiyanın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik siyasət nəticəsində dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Son 16 il ərzində respublikamız dinamik inkişaf edib, iqtisadiyyat güclənib, insanların rifah halı yaxşılaşıb. Şübhəsiz ki, bu inkişaf, tərəqqi qarşıdakı illərdə də davam edəcək.

Görüşdə seçicilərin Məşhur Məmmədov haqqında fikirləri də maraq doğurdu:

Şakir Həsənov, rayon ağsaqqalı, iş adamı:

–Məşhur Məmmədov fəaliyyətində əldə etdiyi parlaq uğurlar onu dünya səviyyəsində tanınan bir iş adamına çevirib. Mən bir sahibkar olaraq, yaxşı bilirəm ki, o, bu nailiyyətləri bilik və bacarığı, biznesin incəliklərinə dərindən bələdliliyi ilə qazanıb… Yaş fərqimizə baxmayaraq, aramızda səmimi münasibət var. Elə buna görə də Məşhur müəllimin xalqına dərindən bağlı olan, el-obasına hər zaman vəkillik etməyi bacaran, həmyerlilərinin xeyrinə-şərinə yarayan, onların çətinliklərini aradan qaldıran və qayğısına qalan bir şəxsiyyət olduğundan xəbərdaram.

Azərbaycanın iqtisadi inkişafına öz töhfəsini verən Məşhur Məmmədov uğurlarını Masallı rayonunun camaatı ilə bölüşməklə fəxr edir. Hər bir insanın probleminə özününkü kimi yanaşır.

Rayonun abadlaşdırılmasına, istirahət parklarının salınmasına, aztəminatlı ailələrin övladlarının təhsil almasına, xəstələrin şəfa tapmasına dəfələrlə köməklik göstərib. Mən Məşhur Məmmədovun deputat seçiləcəyi təqdirdə daha böyük işlər görəcəyinə əminəm.

Sonda bir fikrimi də həmyerlilərimlə bölüşmək istərdim. Məşhur müəllim belə bir məsuliyyətli, şərəfli işə başlarkən ağsaqqal- ağbirçəklərdən, ziyalılardan xeyir-dua almaq üçün üzünü bizə tutub. Biz isə onu yaxından tanıdığımıza, iç dünyasına, mənəvi aləminə, bilik və bacarığına dərindən bələd olduğumuza, el-obasına olan böyük sevgisini bildiyimizə görədeputat seçilməsi üçün bütün səyimizi əsirgəməyəcəyik. Təbii ki, Masallının iş adamları, sahibkarları da ona dəstək olmağı unutmayacaqlar.

Mən bir ağsaqqal, bir iş adamı kimi ona gələcək fəaliyyətində uğurlar arzulayıram.

Əhliman Tagıyev, rayon sakini, seçici: – Məshur muəllim nəinki Masallida, eləcə də respublikamizda tanınan şəxsiyyətdir. İndiyədəkgördüyü işlərə görə camaat arasında böyük hörmət və nüfuz qazanıb. Onun sayəsində hazirda yuzlərləinsan il yerləri ilə təmin olunub, yuzlərlə insanın üzləşdiyi problemlər həll edilib, şətinlikləri aradan qaldırılıb.

Məşhur Məmmədovun səmərəli fəaliyyəti möhtərəm Prezidentimizin də diqqətindən yayınmayıb. 2005-ci ildə azad sahibkarlığın inkişafında və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsində fərqləndiyinə görə "Tərəqqi” medalı ilə təltif edilib.

Bax, bütün bunlara görə də fevralın 9-da da keciriləcək parlament seçkilərində ona dəstək olacaq, səs verəcəyik.

Məşhur Məmmədov görüşün sonunda haqqında səsləndirilən xoş sözlərə görə seçicilərə minnətdarlığını bildirib. Eyni zamanda, ölkəmizdə, eləcə də Masallıda aparılan böyük işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Respublikamızda ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin təntənəsindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə daxilində və beynəlxalq aləmdə qazanılan böyük uğurlardan geniş bəhs edib.

Böyük sözünə, ağsaqqal xeyir-duasına hər zaman dəyər verdiyini deyən Məşhur Məmmədov Masallının və onun kəndlərinin tarixində ağsaqqalların və veteranların xüsusi rolu olduğunu, onların dəyərli tövsiyələrinin gənclərin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini xatırladıb.

Deputatlığa namizəd ağsaqqalların xeyir-duasını alaraq çıxdığı bu şərəfli və məsuliyyətli yolda dövlətimizin qarşıya qoyduğu vəzifələrin xalqın, cəmiyyətin istəyinə uyğun layiqincə yerinə yetirməyə çalışacağını diqqətə çatdırıb.

 

Görüşdən sonra Məşhur Məmmədovun oxucular üçün bir neçə məqama aydınlıq gətirməsini xahiş etdim. Əvvəlcə "biznes adamı olduğunuz halda siyasətə qatılmaq sizin üçün çətin olmayacaq ki?” sualına belə cavab verdi:

–Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizədliyimin irəli sürülməsi kimi bir etimada görə hakim Partiyanın rəhbərliyinə, sədri ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm. Bu, mənim üçün böyük etimaddır və bunu layiqincə doğrultmağa çalışacağam.

Yeni Azərbaycan Partiyası seçkilərə vahid seçki proqramı ilə gedir. Biz namizəd olaraq məhz bu partiyanı təmsil edirik. İnsanlar da bu seçkilərdə Yeni Azərbaycan Partiyasına səs verəcəklər. Çünki ötən illər ərzində YAP ümumxalq partiyasına çevrilməyi bacarıb. Ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atır. Ölkəmizdə həyata keçirilən quruculuq və inkişaf prosesində partiyanın özünəməxsus rolu var və üzvləri bu prosesdə fədakarlıqla iştirak edirlər.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq siyasəti Masallıda da əyani şəkildə özünü göstərir. Ötən illər ərzində bu rayonda möhtəşəm quruculuq işləri həyata keçirilib və bütün bunlar ictimaiyyətin gözü qarşısında baş verib. Görülən işlər nəticəsində rayon xeylı abadlaşıb, onun siması əhəmiyyətli dərəcədə dəyişib və əhalinin rifah halı yüksəlib. Bu proses hazırda da davam etməkdədir.

Fəaliyyətimdə hər zaman Masallı rayonu ilə bağlı olmuşam. Əgər hakim partiya mənə etimad göstərib deputatlığa namizədliyimi irəli sürübsə, bu etimadı layiqincə doğrultmaq mənim borcumdur.

"Biznes adamı olduğunuz halda siyasətə qatılmaq sizin üçün çətin olmayacaq ki?” sualına gəldikdə isə deyə bilərəm ki, əslində bu addımım siyasətlə məşğul olmaq niyyətimdən daha çox Milli Məclisdə təmsil olunmaqla dövlətimizə və millətimizə xidmət etmək istəyimlə bağlıdır. Dövlət başçımızın bir çox sahələrdə islahatlar apardığı, idarəetməni daha da təkmilləşdirdiyi bir vaxtda mən də enerjimi, idarəetmə sahəsindəki bacarıqlarımı dövlətimə, xalqıma həsr etməklə, yalnız qürurlana bilərəm.Tam səmimi deyim ki, seçkilərdə iştirak etmək və seçiləcəyim təqdirdə Milli Məclisdə təmsil olunmaq mənim iş prinsiplərimi daha da genişləndirəcək, inkişaf etdirəcək. Ümumi işlərimlə yanaşı, seçkilərə qatılmağım bir də dövlətimizə və xalqımıza qarşı olan sevgidən, tükənməyən potensialımdan və gücümdən xəbər verir.

–Belə bir həssas məqamda seçilər deputatlığa namizədlər qarşısına yüksək tələblər qoyurlar. Bu, təbiidir. Amma Sizin də, şübhəsiz ki, seçicilərdən-vətəndaşlardan umduğunuz məsələlər az deyil.

–Fikrimcə, ilk növbədə, tələblər qarşılıqlı olmalıdır. Seçicilər də, necə deyərlər, əl-ələ verib, dövlət başçısının apardığı islahatlara dəstək verməyə, xalq-iqtidar birliyini daha da möhkəmləndirməyə çalımalıdırlar.

Belə bir məşhur deyim var, söyləyirlər ki, dövlətpolisi, ordusu ilə deyil, ətrafında sıx birləşən vətəndaşları ilə güclüdür. Bax, buna görə də insanlar dövlət, dövlətçilik naminə öz üzərlərinə düşən vətəndaşlıq borcunu layiqincə yerinə yetirməli, Vətənin qüdrətlənməsi üçün əllərindən gələni əsirgəməməlidirlər.

–Deputat seçiləcəyiniz təqdirdə, ilk növbədə, hansı addımlar atmağı düşünürsünüz?

- Sualınıza cavab verməzdən əvvəl onu deyim ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələr üzrə dərin məzmunlu islahatlar həyata keçirilir. Bu islahatlar respublikamızın hərtərəfli inkişafına böyük təkan verir. Bu baxımdan, Azərbaycanın bir çox sahələrində həyata keçirilən islahatların tamamlanması üçün ölkənin qanunverici orqanında da dəyişikliklərin aparılması zəruridir.

Onu da deyim ki, gerçəkləşdirilən islahatların uğurla həyata keçirilməsi üçün Milli Məclis yeni tipli qanunlar qəbul etməlidir. Bu isə yenilənmiş parlamentin formalaşmasını reallığa çevirir. Ona görə də parlament islahatları ölkəmiz üçün təbii qanunauyğunluqdur. Hesab edirəım ki, 9 fevral seçkilərindən sonra formalaşacaq yeni Milli Məclis üzərinə düşən bu missiyanı layiqincə yerinə yetirəcək.

Sualla bağlı isə konkret onu deyə bilərəm ki, xalqın rifahının yaxşılaşdırılması, vətəndaşların maraqlarının müdafiəsinə yönələn qanunların hazırlanması istiqamətində bir sıra planlarım var ki, bunları həqıqətən dəhəyata keçirmək üçün imkanlarım var. Eyni zamanda, əvvəlki vaxtlardakı kimi, bundan sonra da seçicilərimə arxa-dayaq durmağa, ehtiyacı olanlara diqqət, yardım göstərməyə, qayğıları ilə maraqlanmağa çalışacağam. Özümdə bu gücü görürəm və onu seçicilərimin rifahının daha da yaxşılaşmasına, dövlətimizin daha da güclənməsinə, möhkəmlənməsinə sərf edəcəyəm.

–Məşhur müəllim, əvvəlki dövrlərdən fərqli olaraq, indi ölkəmizdə seçkiyə maraq daha da artıb. Siz bunu nə ilə əlaqələndirirsiz?

–Bəli, ötən illərə nisbətən seçkiyə maraq indi çox artıb. Mən bunu hər şeydən əvvəl Azərbaycan Prezidenti cənab İlham Əliyevin inam və qətiyyətlə gerçəkləşdirdiyi siyasi, social-iqtisadi islahatlarla əlaqələndirirəm.

Burada bir məqamı da qeyd etməyi zəruri sayıram. Son illər ərzində möhtərəm dövlət başçımız tərəfindən xalqın sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Bütün sahələr üzrə innovativ yeniliklərin tətbiq olunması, məqsədyönlü islahatların reallaşdırılması, dövlət proqramlarının, mühüm infrastruktur layihələrinin, inkişafın yeni konturlarını müəyyənləşdirən perspektivli dövlət siyasətinin uğurla həyata keçirilməsi davamlı yüksəlişi təmin edib.

Bu gün ölkəmizdə, o cümlədən dogma Masallıda aparılan siyasətin mərkəzində insan amili dayanır. Bu baxımdan rayonda gerçəkləşdirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının yüksəlməsinə və rahat yaşayışının təminatına hesablanıb.

Masallıda bu istiqamətdə işlər uğurla həyata keçirilir və bütün yaşayış məntəqələri gündən-günə abadlaşır, gözəlləşir. Genişmiqyaslı quruculuq işlərinin və sosial proqramların miqyasının genişlənməsi dövlət-xalq birliyini daha da möhkəmləndirir. Bu gün aparılan quruculuq işləri bütün şəhər və kəndləri əhatə edir. Kompleks infrastruktur quruculuğu əhalinin rahat yaşayışını şərtləndirir.

Şübhəsiz ki, vətəndaşlar da bütün bunları görür və problemlərin həlli üçün layiqli namizədi önə çəkməyə çalışırlar. Bu da, öz növbəsində, seçkiyə marağın güclənməsinə, şəffaf və demokratik seçkiyə inamın artmasına gətitib çıxarır.

Səyyad Ağayev

 

 

Xəbər 2773 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR