Məşhur aparıcı efirdə işdən çıxdığını elan etdi

Məşhur aparıcı efirdə işdən çıxdığını elan etdi

Əməkdar artist Əkbər Əlizadə "Space"də aparıcılıq etdiyi "Hər səhər" verilişindən gedib

Aktual.az axşam.az-a istinadən xəbər verir ki, aktyor-aparıcı bu haqda verilişdə deyib. O, efir zamanı işdən çıxdığını elan edib:
"İşlərimin çoxluğu ilə bağlı gedirəm. Reklam və anons xatirinə deyil, həqiqətən də gedirəm. Yorğunluqla bağlıdır. Sağlamlığıma görə dincəlirəm".
Aparıcı bundan sonra efiri gənc aktyor Əlibəy Məmmədlinin aparacağını bildirib.
Qeyd edək ki, Əkbər bundan əvvəl də "Space"dən getmiş, bir müddət sonra geri qayıtmışdı. Aktyor teatrda çalışmaqla yanaşı hazırda "Qız atası" serialında da çəkilir.


Aktual.az
Xəbər 580 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR