Məşhur aktyor 18 il sonra hakim qarşısına çıxacaq

Məşhur aktyor 18 il sonra hakim qarşısına çıxacaq

Amerikalı aktyor Eşton Katçer keçmiş sevgilisi Eşli Ellerinin qətli ilə bağlı məhkəmə prosesində hakim qarşısına çıxacaq.

Aktual.az axşam.az-a istinadən bildirir ki, hadisə 2001-ci ildə baş verib. Aktyorun sevgilisi Maykl Qarqillo tərəfindən öldürülür. Manyak bir neçə il sonra daha gənc bir xanımı qətlə yetirir. Üçüncü qurbanın isə bəxti gətirir, o, qaçaraq canını qurtara bilir. Məhz, bu hadisədən sonra polis Mayklın izinə düşür. O, həbs edilənə kimi isə aktyor şübhəlilər sırasında olub. Çünki həmin gecə 21 yaşlı Eşli öldürüldükdən sonra onun cəsədini Eşton tapıb.
Qeyd edək ki, "Grammy" musiqi mükafatından sonra aktyor Eşli ilə əylənməyə gedəcəkdi. Ancaq o, görüş yerinə gəlməmişdi. Aktyor onun evinə gedir. Lakin qapını açan olmur. Eşton pəncərədən baxdıqda isə yerdə qırmızı ləkə görür. O, bunu şərab izi sanır və geri qayıdır. Qızın cəsədini isə səhəri gün qonşuları tapır. Manyak gənc qıza 47 bıçaq zərbəsi vuraraq  bogazını kəsmişdi.
 
Aktual.az 
Xəbər 453 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR