Meşədə narkotik bitkilər becərən İsmayıllı sakini saxlanılıb

Meşədə narkotik bitkilər becərən İsmayıllı sakini saxlanılıb

İsmayıllı rayonunda meşə zolağında narkotik xassəli bitkilər becərən şəxs saxlanılıb. 

Bu barədə Aktual.az-a DİN Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. 
Bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Quşencə kəndindəki meşəlik ərazidə aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 7 ədəd çətənə bitkisi aşkar edilib. Davam etdirilən tədbirlər zamanı orada narkotik tərkibli bitkiləri əkib-becərən şəxsin rayonun Quşencə kənd sakini, əvvəllər məhkum edilmiş 48 yaşlı Arif Qarayevolduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Dindirilmə zamanı həmin çətənə bitkilərinin onun tərəfindən yetişdirildiyini etiraf edib.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.
Xəbər 266 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR