Mərkəzi Bank ötən ay valyuta ehtiyatlarını 100 milyon dollardan çox artırıb

Mərkəzi Bank ötən ay valyuta ehtiyatlarını 100 milyon dollardan çox artırıb

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il noyabrın 1-nə 6 144,7 milyon ABŞ dolları təşkil edib.

"Report” quruma istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 110,6 milyon dollar və yaxud 1,8% çoxdur.
AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 519 milyon dollar və yaxud 9,2%, son 1 ildə isə 608,3 milyon dollar və yaxud 11% artıb.
Xəbər 292 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR