Merkelin Partiyası Rusiyaya qarşı sanksiyaların ləğvini tələb edir

Merkelin Partiyası Rusiyaya qarşı sanksiyaların ləğvini tələb edir
  • DÜNYA

"Rusiyanın Avropa Birliyinə cavab sanksiyaları Almaniyanın iqtisadiyyatına zərbə vurub”.

Cebhe.info-nun məlumatına görə, Xristian Demokratik İttifaqı Partiyasının rəhbəri Mayk Morinq bu barədə "Rheinische Post” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Almaniyanın şərqində yaşayanlar Rusiya ilə daha sıx bağlıdır və hər iki ölkə arasında münasibətlərin normallaşmasını istəyir.
"Ən vacib Rusiya ilə dialoqu dəstəkləməkdir”, - XDP lideri belə deyib.
Qeyd edək ki, iyun ayında solçuların üzvü Klaus Ernst bəyan edib ki, Rusiya əleyhinə sanksiyalar biznesə zərər vurur.
Onun fikrincə, Avropa Rusiya ilə əlaqələrin məhdudlaşdırılmasına dəstək verməklə özünü zəiflədir. 
 
Aktual.az
Xəbər 334 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR