Mərakeş zəlzələdən sonra bərpa işlərinə 11 milyard dollardan çox vəsait xərcləyəcək

Mərakeş zəlzələdən sonra bərpa işlərinə 11 milyard dollardan çox vəsait xərcləyəcək
  • DÜNYA

Mərakeş hakimiyyəti dağıdıcı zəlzələnin nəticələrini aradan qaldırmaq üçün 11 milyard dollardan çox vəsait xərcləməyi planlaşdırır.
Aktual.az xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı kral sarayının ofisinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, təbii fəlakətin ziyan vurduğu ərazilərin bərpası proqramının həyata keçirilməsi 120 milyard dirhəmə (təxminən 11,69 milyard ABŞ dolları-red) başa gələcək.
Xatırladaq ki, sentyabrın 8-də ölkədə 7 maqnitudada zəlzələ baş verib. Krallığın Daxili İşlər Nazirliyinin son məlumatına görə, təbii fəlakət qurbanlarının sayı 2 900 nəfəri keçib, 5 600-dən çox insan xəsarət alıb.

Xəbər 163 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR