“Mənim üçün ən böyük təhlükə Federal Ehtiyat Sistemidir” - TRAMP

“Mənim üçün ən böyük təhlükə Federal Ehtiyat Sistemidir” - TRAMP
  • DÜNYA

Amerika lideri Donald Tramp Federal Ehtiyat Sistemi (FED) tərəfindən aparılan baza faiz dərəcəsinin qaldırılması siyasətini prezident postunda öz uğurları üçün əsas təhlükə hesab edir.


"Report” TASS-a istinadən xəbər verir ki, o bunu "Fox Business” telekanalına müsahibəsində deyib.

"Mənim üçün ən böyük təhlükə Federal Ehtiyat Sistemidir. Çünki FED faiz dərəcəsini çox tez-tez qaldırır”, – deyə o, müvafiq suala cavab verərkən bildirib.

Tramp qeyd edib ki, FED müstəqil qurumdur, ona görə də, o, tənzimləyicinin siyasətinə qarışmır.

Bununla belə Tramp istənilən halda FED-in hazırkı siyasətindən narazı olduğunu bildirib:

"Mən heç kimi günahlandırmıram, onları ora mən təyin etmişəm”.

ABŞ prezidenti həmçinin əlavə edib ki, ümumilikdə FED-in rəhbər vəzifələrinə təyin etdiyi şəxslərdən razıdır, lakin onların aralarında istisnalar da var.

FED sentyabrın 26-da baza faiz dərəcəsini növbəti dəfə qaldırıb.

 
Aktual.az
Xəbər 51 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR