“Məni axtarmayın, problemlərim çoxdur və ailəmdən muğayət olarsınız”- İtkin düşən şəxsin son sözləri

“Məni axtarmayın, problemlərim çoxdur və ailəmdən muğayət olarsınız”- İtkin düşən şəxsin son sözləri

Quba rayon Alpan kənd sakini Qüdsi Əlixanovun itkin düşməsinin bəzi təfərrütaları məlum olub.

Alpan kənd sakini Şahbaba Əlixanov AzNews.az-a açıqlamasında bildirib ki, qardaşı Qüdsi Əlixanov sonuncu günü evdən bazara getmək adı ilə çıxıb:

"29 yanvarda evdən bazara getmək adı ilə çıxıb. İki gün axtardıq, amma bir xəbər çıxmadığından hüquq-mühafiqə orqanlarına məlumat verdik. İki uşağı var. Qardaşım sakit adamdır, kənddə kiminləsə hər hansı problemi olmayıb. Sakitcə başını aşağı salıb işini görən biri olub. Onun yoxa çıxması çox müəmmalıdır. Həddən artıq dost-tanışı olub. Onun banka borcu var, noyabr ayında kredit götürüb. Amma bu günə kimi borc sahibi hər hansı problem yaşamayıb.”

Şahbaba Əlixanov qardaşının sonuncu günü zəng edərək ailəsini ona həvalə etdiyini vurğulayıb: "29 yanvarda o, Qubada tanışları ilə çay içib. Günün ikinci yarısı onlardan ayılıb və saat 16:15-də mənə zəng edib. Deyib ki, "məni axtarmayın, problemlərim çoxdur və ailəmdən muğayət olarsınız” deyib telefonu söndürüb. Onun kənar adamlarla nə problemi varsa, onlar bizə məlum deyil.”

Quba rayon sakini itkin düşüb. Rayonun Alpan kənd sakini, 1965-ci il təvəllüdlü Əlixanov Qüdsi Kasbaba oğlu yanvarın 29-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

İtkin düşən şəxs Quba Qaz İstismar Sahəsində nəzarətçi işləyib.
 
Aktual.az
Xəbər 3375 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR