Məleykə Abbaszadə: "I qrup üzrə keçid balları artacaq"

Məleykə Abbaszadə:

"Bu il I qrup üzrə 600-dən yuxarı bal toplayanların sayı ötən illə müqayisədə təxminən iki dəfə artıb".

Aktual.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "ixtisas seçimi zamanı nələrə diqqət yetirməli” mövzusunda keçirilən canlı yayımda deyib.

"Bu o deməkdir ki, müəyyən ixtisaslarda keçid balları artacaq. Eyni zamanda I qrupda 300-dən yüksək bal toplayanlar dövlət sifarişli ixtisasları yaza bilər”, - o bildirib.
Xəbər 160 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR